Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb.
Bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Lavrov fevralın 27-28-i Bakıda səfərdə olacaq.
Xatırladaq ki, M.Zaxarova ötən həftə Lavrovun Bakıya səfərinə hazırlıq getdiyini açıqlayıb.