Lerik rayonunda zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.
Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 06:25-də İmişli rayonunda da zəlzələ olub.