"Avtokratlar yalnız bir sözü başa düşür - Xeyr" - Bayden

"ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab verə biliblər".

Bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.

"Avtokratlar yalnız bir sözü başa düşür - yox. Xeyr, ölkəmi ələ keçirməyəcəksiniz. Xeyr, sən azadlıqdan məni məhrum etməyəsən. Xeyr, gələcəyimi almayacaqsan.

Ukrayna rus təcavüzü ilə mübarizə aparır. Bu çətin bir mübarizədir, amma Ukrayna buna hazırdır. Ukraynaya özünü qorumağa kömək edəcəyik. Şübhə olmamalıdır - titrəməyəcəyik və Ukraynanı dəstəkləməkdən bezməyəcəyik. Bu həftə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyik.

Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq... Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir” - deyə Bayden bildirib.

Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ