Serbiya Rusiyanın “MiQ-29”larını almaqdan imtina edir

Serbiya ordunun modernləşdirilməsinə, o cümlədən Fransanın “Rafale” qırıcılarının mümkün alışı üçün xərcləri artıracaq, çünki beynəlxalq sanksiyalar səbəbindən Rusiyanın “MiQ-29”larının saxlanılması çətinləşib.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, keçən ilin fevralından sonra Rusiyanın “MiQ-29” qırıcılarının ehtiyat hissələrinin alınması demək olar ki, mümkünsüz olub: “Hazırda Rusiyadan hərbi təyinatlı vasitələr idxal edə bilməzsiniz”.

Serbiya prezidenti onu da əlavə edib ki, ordu xeyli güclənməlidir. O, digər Avropa ölkələrinin artıq hərbi büdcələrini artırdığını vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ