Sabirabadda kişi salavat çevirmədiyi üçün arvadını döydü

Sabirabadda 30 yaşlı kişi arvadı və ögey oğlunu döyüb.

“Qafqazinfo”nun məlumatına görə, Cəmil Quliyev (adlar şərtidir) həyətdə olarkən arvadı Günay Quliyevanı qəhvədana su doldurmamışdan qabaq salavat çevirməməsini bəhanə edərək baş və bədəninin müxtəlif nahiyələrindən vurub. Doldurduğu suyu şaxtalı havada onun üzərinə töküb.

Araşdırmalar zamanı məlum olub ki, bu, Günayın ikinci evliliyidir. 4 aydır Cəmil Quliyevlə evlənən qadın ilk evliliyindən olan oğlunu da özü ilə birlikdə onlara gətirib. Lakin C.Quliyev mütəmadi olaraq ögey oğlunu döyüb. Sonuncu dəfə isə dərslərini yaxşı oxumadığını deyərək onu tənbeh etmək bəhanəsi ilə başını stolun tininə vurub. Həmin vaxt Günay Quliyevanın yalvarışlarına baxmayaraq, azyaşlının bədəninə yumruq və təpiklərlə xəsarətlər yetirib. Daha sonra uşağı evin zirzəmisinə salaraq gecə saat 02:00 radələrinədək orada saxlayıb. Bununla da qanunsuz azadlıqdan məhrum etmə cinayətini törədib.

Bu əməllərinə görə, Cəmil Quliyev barəsində cinayət işi başlanıb. O, məhkəmənin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs qeyd olunan əməlləri boynuna almayıb və azadlığa buraxılmasını tələb edib. Lakin yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən saxlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ