Rusiyalı hərbçilər blindajda diri-diri yandılar

Rusiyanın Kursk vilayətində 6 rusiyalı hərbçi alışan maye ilə ehtiyatsız davrandışa görə ölüblər.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.

Fevralın 20-də hərbi qulluqçular tərəfindən alışan materiallarla işləyərkən təhlükəsizlik tələbləri kobud şəkildə pozulduğundan səngərdə həlak olublar.

“Qısa müddətdə blindajı bürüyən yanğın nəticəsində 6 hərbçi ölüb”, - nazirlikdən bildirilib.

Rusiya mətbuatı xəbər verir ki, insident fevralın 20-də səhər saat 10:30 radələrində Sudjanski rayonunun Ulanok kəndi yaxınlığında əsgərlərin soba yandırması zamanı baş verib. Onlardan birinin sobaya yanan maye töküb, daha sonra isə sobanın üstünü bağlamağı çatdırmayıb. Nəticədə partlayış olub, alov ətrafı bürüyüb.

Altı hərbçi blindajdan çıxa bilməyib və diri-diri yanaraq ölüb, daha bir nəfər isə çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ