Daşkəsəndə əsgərlər qar uçqununun altında qalıb: Ölənlər var - YENİLƏNİB

Müdafiə Nazirliyi qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat yayıb.

Nazirlikdən Buta.media-ya verilən məlumata görə, mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

12:59

Mart ayının əvvəllərində Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Buta.media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ