Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.
APA xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.
Qurumun direktor müavini Rafael İbrahimov məlumatı təsdiq edib.
O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.