Bakı-Quba yolunda dəhşətli qəza: üç nəfər ölüb

Bu gün Bakı-Quba magistralında ağır yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən ilkin məlumata görə, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. 

Nəticədə hadisə 2 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Yaralılar TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

“Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir”, - TƏBİB-in məlumatında bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ