Türkiyədə iki podratçı şirkətin rəhbəri tikdikləri binanın altında qalıb ölüblər

Türkiyə hüquq-mühafizə orqanlarının Diyarbəkir şəhərində zəlzələ zamanı dağılan binalara görə axtarışa verdiyi iki podratçı şirkətin sahibinin cəsədləri dağıntılar altından çıxarılıb.

Milliyət qəzetinin yazdığına görə, Diyarbəkirdə dağılmış yeddi binadan ikisində dağıntı və axtarış-xilasetmə işləri davam edir.

Türkiyə Baş Prokurorluğunun işlə əlaqədar 67 nəfər haqqında həbs qərarı çıxarılıb. Saxlanılan 39 şübhəlidən 15-i həbs edilib. 

Həbs qərarı çıxarılan 67 nəfərdən ikisi - Cəlal İrkörən “Sözel Apartman”ın, Halil İpək isə “Dündar Apartman”ın podratçısı olduğu müəyyən edilib. Hər iki şəxs tikdirdikləri binanın dağıntıları altında qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ