Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi keçirilib

Bu gün, fevralın 16-da, Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Yüz ukraynalı hərbçi və bir mülki şəxs geri qayıdıb.

Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.

Azad edilən hərbçilər arasında milli qvardiyaçılar, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri var. Onlardan 94-ü Mariupolun müdafiəçisi, o cümlədən 63-ü Azovstal döyüşçüsüdür.

Yermak qeyd edib ki, qəhrəmanların çoxu müxtəlif dərəcəli xəsarətlər alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ