NATO rəhbəri Yens Stoltenberq hesab edir ki, alyans prezident Vladimir Putinin Ukraynaya müdaxiləsi nəticəsində yaranan təcili böhrandan sonra Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdır.
Bu barədə “Economic Times” məlumat yayıb.
“Prezident Putin fərqli Avropa istəyir, o, qonşularına nəzarət edə biləcəyi Avropa istəyir. Biz uzun səyahətə hazır olmalıyıq, bu, çox uzun illər çəkə bilər”, - Stoltenberq müsahibəsində bildirib.
Alyans rəhbəri qeyd edib ki, o, Rusiya ilə Qərb arasında yeni qarşıdurmanın nə qədər davam edəcəyini proqnozlaşdırmaqdan ehtiyatlanır, çünki hər an dəyişiklik baş verə bilər.
“Biz Berlin divarının sökülməsini və 11 sentyabr hadisələrini gördük”, - deyə o əlavə edib.