“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan televiziyaları, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım başa çatıb.
Kampaniya çərçivəsində ümumilikdə 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb. Vətəndaşlar tərəfindən 9 milyon 10 min SMS göndərilib.
Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.