Danimarka və Hollandiya Ukraynaya Almaniya istehsalı olan “Leopard 2” tanklarını verməmək qərarına gəliblər.
Bu barədə “Die Welt” qəzeti yazıb.
Hollandiya hakimiyyətinin nəşrin sorğusuna cavabında deyilir ki, belə bir qərar “Hollandiya və Almaniya arasında diqqətlə əlaqələndirildikdən sonra” qəbul edilib. Danimarka hökumətindəki “Die Welt” mənbələri ölkənin tankları (Danimarkada 44 müasir “Leopard 2 A7” tankı var) Kiyevə təhvil verməyəcəyini bildirib.
“Die Welt” qeyd edir ki, Hollandiya və Danimarka 100 “Leopard” 1 tankının təmiri xərclərinin bir hissəsini öz üzərinə götürəcək. Hollandiya və Danimarkanın özlərində belə tanklar yoxdur.
Yanvarın sonunda Hollandiyanın baş naziri Mark Ryutte bildirib ki, ölkə hakimiyyəti Ukraynaya Almaniyadan icarəyə götürülmüş 18 “Leopard 2” tankı verməyi nəzərdən keçirir. Bu halda Hollandiya onları satın almalı olacaq.
Yanvarın 25-də Almaniya “Leopard 2” tanklarının Ukraynaya təhvil verildiyini rəsmən elan edib. Berlin 14 “Leopard 2 A6” tankını Kiyevə təhvil verəcək, onlardan birincisi üç ay ərzində Ukraynaya çatdırılacaq. “Bloomberg”in məlumatına görə, ümumilikdə Almaniya və Ukraynanın digər müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə 112 “Leopard 2” tankının verilməsi barədə razılığa gəliblər.