Türkiyədə zəlzələ nəticəsində həlak olan tələbələrdən biri Samir Quliyev barədə daha bir fakt ortaya çıxıb.
Samir bundan əvvəl Türkiyənin Elazığ vilayətindəki universitetlərdən birində təhsil alırmış.
Ailəsi 2020-ci ildə orada baş verən zəlzələdən sonra gənc oğlanın universitetini Malatya şəhərindəki təhsil ocağına dəyişib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Samir Quliyevlə yanaşı, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.