Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə səfər edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, Mirzoyan zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan Ermənistanın xilasedici qrupu ilə görüşəcək.
Səfər çərçivəsində Mirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqları planlaşdırılıb.