Şimali Koreya liderləri kimi: Putin təyyarədən zirehli qatara keçib

2021-ci ilin ikinci yarısında, Rusiya Ukraynanı işğal etməyə hazırlaşarkən, Vladimir Putin səyahət üçün prezident təyyarələrindən deyil, xüsusi zirehli qatardan istifadə etməyə başlaнжи. Bu barədə Mixail Xodorkovskinin təsis etdiyi “Dosye” Mərkəzinə Rusiya Federasiyası prezidentinin tanışı məlumat verib. Nəşrdə bu məlumatın mənbəyinin adı çəkilmir.

Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, son versiyada xüsusi qatar 2014-2015-ci illərdə təchiz edilib, lakin Putin Rusiya qoşunlarının Ukrayna ilə sərhədə köçürülməsinə az qalmış müntəzəm olaraq zirehli qatarla hərəkət etməyə başlayıb. Bu məlumatı “Dosye” Rusiya prezidentinin administrasiyasına yaxın mənbə də təsdiqləyib.

“Qatar hamıdan xəbərsiz, istənilən vaxt yola düşə bilər. Müharibə başlayandan sonra, fevral-mart aylarında Putin Valdaydakı iqamətgahına çatmaq üçün qatardan çox fəal istifadə etməyə başlayıb”, - “Dosye” mərkəzinin həmsöhbətlərindən biri deyib.

Xüsusi qatarın istifadəsi Putinin hərəkətlərini gizli saxlamağa imkan verir: prezident təyyarəsinin uçuşlarını müxtəlif xidmətlərdən istifadə etməklə izləmək olar, lakin sərnişin qatarlarında belə xidmətlər mövcud deyil.

 

Şimali Koreya lideri Kim Çen In da təhlükəsizlik məqsədilə zirehli qatardan istifadə edir. Bu nəqliyyat üsuluna onun atası Kim Çen İr də üstünlük verib. Məsələn, o, Trans-Sibir dəmir yolu boyunca - Uzaq Şərqdən Moskvaya qədər qatarla səyahət edib.

Xüsusi qatar, araşdırmaya görə, digər Rusiya qatarlarından demək olar ki, fərqlənmir. Onun vaqonları qırmızı zolaqlı eyni boz rəngdədir. Əsas fərqlər:

  • prezidentin vaqonları zirehlidir;
  • xüsusi qatar relslər boyu hərəkətdə ən yüksək prioritetə ​​malikdir: qatarın qrafiki Putinə uyğunlaşdırılıb ki, onun qatarı maksimum sürətlə və dayanmadan hərəkət edə bilsin;
  • Qatara yataq otağı və iclaslar üçün işçi kabineti olan prezidentin vaqonu, xidmətçilər üçün vaqon və xüsusi rabitə üçün vaqon daxildir.

Bundan əlavə, Putinin zirehli qatarı vaqonların üstündə olan xüsusi rabitə radio antenalarını əhatə edən korpuslarla fərqlənir. RF prezidentinin qatarının dəyəri bir milyard rublu ötür.

Xüsusi qatar 2002-ci ildə yaradılmış “Grand Service Express” şirkətinə məxsusdur. 2019-cu ildə şirkət Krıma dəmir yolu daşımalarının yeganə operatoru olub, 2020-ci ildə isə ABŞ sanksiyalarına məruz qalıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ