Gürcüstanın Batumi şəhəri sahillərində Qara dənizdə partlayış baş verib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. “Rustavi 2” telekanalının məlumatına görə, sahildən təxminən 25 metr aralıda çimərliklərdən birində mina partlayıb.
“Baza” Telegram kanalı hadisə şahidlərinin lentə aldığı videonu dərc edib. Kadrlarda minanın dalğalar tərəfindən çimərliyə necə gətirlidiyi, daha sonra partladığı görünür.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, partlayış yerində istehkamçılar, yanğınsöndürənlər və polis işləyir. Partlayış zamanı xəsarət alan olmayıb.
Mina hansı qrupa aid olduğu və Batumi sahillərinə necə gəlib çıxdığı məlum deyil. Bundan əvvəl Rusiya və Ukrayna bir-birini Qara dənizə minalar atmaqda ittiham ediblər.