Gəncədə həbs olunanlara işgəncə verilməsi xəbərinə - RƏSMİ REAKSİYA

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov sabiq başçı Elmar Vəliyevə sui-qəsd olayından sonra baş verən hadisələrə görə həbs edilən 70 -ə yaxın şəxsin ailə üzvlərinin keçirdiyi aksiyaya münasibət bildirib.

Buta.media xəbər verir ki, Ə. ismayılov Gununsesi.org-a açıqlamasında həbs olunanlara işgəncə verilməsini təkzib edib.

Onun sözlərinə görə, baş verən hadisəyə qanunla aidiyyatı hüquq-mühafizə orqanları qiymət verir:

“İşgəncə söhbətləri cəfəngiyyatdır. Onlar ağır cinayət törədiblər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ