Rusiyada 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda Kuril adaları yaxınlığında 5,5 bal gücündə yeni zəlzələ baş verib. “İnterfaks” xəbər verir ki, Rusiya regionunda baş verən insident barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumatında bildirilir.

Əməliyyat məlumatlarına əsasən, fevralın 13-də səhər saatlarında qeydə alınan zəlzələnin episentri Cənubi Saxalinskdən 682 kilometr şərqdə, Simuşir adasının cənub-qərb ucundan 23 kilometr cənubda olub.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin əməkdaşları zəlzələni intensiv kimi qiymətləndiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ