Suriyada zəlzələdə 8500-ə yaxın insan ölüb

Suriyada baş verən zəlzələ nəticəsində 8500-ə yaxın insan həlak olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə regional direktoru Riçard Brennan deyib.

O bildirib ki, dəqiq rəqəmləri söyləmək hazırda çətindir, çünki say hər gün artır:

"Bu gün bizdə olan məlumata görə, Suriya hökumətinin nəzarətində olan ərazilərdə 4 minə yaxın insan ölüb, 2500 nəfər yaralanıb, 4500-ə yaxın insan isə yaralanıb”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ