Hələ də tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov

Gündəlik statistika yenilənir. İndiyə qədər 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yeni müraciət edənlərin vəziyyətinə baxılır.

“Ümumilikdə bizdə olan statistikaya görə, 5 vətəndaşımız zəlzələ nəticəsində həlak olub. Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”, – nazir vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ