RF ordusu Odessada körpünü vurdu, Zmeinıy adasına bombalar atdı - video

Fevralın 11-nə keçən gecə Rusiya qoşunları Odessa vilayətində iki dəfə hava hücumu həyata keçirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Ukrayna SQ-dən bildiriblər ki, Moldova ilə həmsərhəd olan ərazilərdə kritik infrastruktur obyektlərinə “əhali arasında çaxnaşma yaratmaq” məqsədilə hücum edilib. Zmeinıy adasına dörd aviabomba atılıb, Odessa vilayətinin sahil zonası isə üç gəmi əleyhinə raketlə hücuma məruz qalıb. Ölən və yaralananlar olmayıb.

Ukraynanın cənubunda həmçinin 11 kamikadze pilotsuz uçuş aparatı vurulub, daha bir PUA isə Dnepropetrovsk vilayətində enerji infrastrukturu obyektinə ziyan vurub.

Eyni zamanda, fevralın 10-da axşam saatlarında Rusiyanın hərbiyönlü Teleqram kanallarında Odessa vilayətinin Zatoka şəhərindəki körpüsünə dəniz PUA-sının zərbəsini əks etdirən video yayılıb. İnsider videonun geolokasiyasını təsdiqləyib. Videodakı tarixə görə, hadisə fevralın 10-u saat 19:28-də baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ