Süleyman Soylu Kəmaləddin Heydərova zəng edib dəstək istədi - VİDEO

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova zəng edib.

Bu barədə görüntülər İTV-də yayımlanıb.

“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərərsən, minnətdar olaram”, - deyə S.Soylu qeyd edib.

Qeyd edək ki, İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları qardaş ölkəyə yola salınıb.

Həmin görüntüləri təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ