Donetsk istiqamətində Rusiya ordusu darmadağın edildi

Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərliyi altında Rusiya ordusunun müharibənin gedişatını dəyişmək və Donetsk istiqamətində genişmiqyaslı hücuma keçmək cəhdləri uğursuzluqla nəticələnib.

“Moscow Times” Rusiya hərbi müxbirlərinə və “Z-publik”lərə istinadən yazır ki, səfərbərliklə ordu sıralarına dolduran on minlərlə hərbçiyə baxmayaraq, RF qoşunları Uqledar və Avdeyevka istiqamətində ciddi məğlubiyyətə uğrayıblar.

“Vostok” batalyonunun komandiri Aleksandr Xodakovski bloq yazısında bildirib ki, Uqledardakı hücum yanvarın sonlarında başlayıb və qısa müddətdə dayanıb. “Z-publik”lərin məlumatına görə, fevralda baş verən yalnız bir döyüş nəticəsində 30-dan çox texnika və yüzlərlə əsgər itirilib.

“Vaqner” ÖHŞ-nin qeyri-rəsmi kanalı “Grey Zone” qeyd edir ki, Rusiya ordusu əməliyyatı planlaşdıra bilməyib, Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadası böyük itki verib.

Daha əvvəl “DXR-in keçmiş müdafiə naziri” İqor Qirkin Teleqram kanalında Uqledar yaxınlığında RF ordusunun fiaskoya uğradığını təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ