İran Aİ-nin müşahidəçi missiyasının və Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil.
Bu barədə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri deyib.
Daha əvvəl haqqin.az saytı Aİ-nin missiyasına Fransa jandarmlarının daxil olacağını yazıb.
Fransada jandarm ölkənin silahlı qüvvələrinin bir hissəsidir və Müdafiə Nazirliyinə tabedir. “Le Figaro” qəzetinin baş redaktorunun müavini Jan Kristof Buisson Fransa hərbi missiyasının Ermənistana mümkün göndərilməsi ilə bağlı məlumat paylaşıb.