Moskva Bayramov, Lavrov və Mirzoyan arasında görüş barədə

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsi müzakirə edilir.

Bunu Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya tərəfi bu məsələnin müzakirəsini diqqətdə saxlayır.

“Vəziyyətin stabilləşməsi istiqamətində görülən işlər üçün müxtəlif dialoq məkanları və formatlarının təmin edilməsi nöqteyi-nəzərindən əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”, - deyə nazir müavini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ