Türkiyədə zəlzələdən zərər görənlərə 10 min lirə veriləcək - Ərdoğan

Türkiyədə zəlzələdən zərər görən hər ailəyə 10 min lirə (təqribən 903 AZN) məbləğində yardım ediləcək.

Bunu zəlzələ baş verən Kahramanmaraş şəhərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qeyd edək ki, zəlzələ zamanı 8 574 nəfər həlak olub, 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ