Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilib - Mirzoyan

Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilib.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda xorvatiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

O, bir neçə gün əvvəl verdikləri təkliflərlə bağlı Azərbaycandan cavab aldıqlarını deyib.

“Məzmunu açıqlamayacağam, çünki söhbət detallardan gedir və siyasi baxımdan bu məqsədəuyğun deyil. Müzakirələrin yekunu olaraq biz Azərbaycan tərəfinə öz cavabımızı verəcəyik”, - Mirzoyan vurğulayıb.

Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla növbəti görüşünün yaxın vaxtlarda keçiriləcəyini qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ