Suriyada Suriyada baş verən zəlzələdən sonra İŞİD terror təşkilatına aid olmaqda şübhəli bilinən azı 20 məhbus həbsxanadan qaçıb.
Məhbuslar Türkiyə sərhədinə yaxın Racu şəhəri yaxınlığındakı həbsxanada saxlanılıblar. Ümumilikdə həbsxanada 2 minə yaxın məhbus olub, onlardan 1,3 mini terror qruplaşmasının silahlıları ola bilər.
Zəlzələ nəticəsində həbsxana binasına ziyan dəyib. Bundan istifadə edən məhkumlar qiyam qaldırıb və müəssisənin bir hissəsini ələ keçiriblər.