Türkiyədə millət vəkili və ailəsi dağıntılar altında qalıb

Bu gün səhər saatlarında Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar içində AK Partiyanın millət vəkili Yakup Taş və ailəsi də var.

AK Partiyanın Qrup sədr müavini Bülent Turan Yakup Taş və ailəsinin xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində indiyə kimi 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ