“Hazırda Türkiyənin zəlzələ baş verən bölgələrində ölən və xəsarət alan Azərbaycan vətəndaşları barədə heç bir məlumat daxil olmayıb”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, araşdırmalar aparılır:
“Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin aidiyyəti qurumlarına sorğular ünvanlayıb. Hər hansısa bir dəyişiklik olarsa, əlavə məlumat ictimaiyyətə məlumat veriləcək.