Vəkil niyə intihar etdi? - Məktubu tapıldı

Sumqayıtda vəkilin intiharı ilə bağlı bəzi detallar üzə çıxıb.

Baku.TV-nin məlumatına görə, özünü yaşadığı 16-cı məhəllədəki binanın yanından keçən qaz borusundan asan Sumqayıt Regional Vəkil Bürosunun üzvü 45 yaşlı Vüsal Mirzəyevin üzərindən məktub tapılıb.

Vüsal Mirzəyev əlyazmada ölümündə heç kəsin günahının olmadığını deyib və ailəsindən üzr istəyib. O, anasının 2 il əvvəl vəfat etməsindən sonra yaşamaq istəmədiyini, intiharı əvvəlcədən qərarlaşdırdığını qeyd edib.

Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı 9 ildir vəkillik vəfaliyyəti ilə məşğul olan Vüsal Mirzəyevin həyat dolu insan olduğunu, müsbət xarakterli hüquqşünas kimi tanındığını deyib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ