Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Baxmut şəhərini təslim etməyəcəyini bildirib. Onun sözlərini fevralın 3-də “Strana” nəşrinin “Telegram” kanalı məlumat yayıb.
“Biz bacardığımız qədər mübarizə aparacağıq”, - Ukrayna lideri Kiyevdə Ukrayna-Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Baxmutu saxlamaq üçün böyük itkilər verir.