Azərbaycanda sevgilisindən ayrılan qızdan dəhşətli əməl

Ucarda 18 yaşlı qadın intihara cəhd edib.

Buta.media məlumat verir ki, ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun “Dəmiryol” adlanan ərazisindəki körpüdə baş verib. Rayon sakini, 2001-ci il təvəllüdlü S.K (qadının adı şərtidir) körpüyə çıxaraq intihar etmək istəyib. Onunla aparılan profilaktiki söhbətdən sonra qadın fikrindən daşınıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Məlumata görə, intihar etmək istəyən qadın bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişidən ayrılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ