Azərbaycan soğanın idxalını gömrük rüsumundan azad edib

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib.

Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ