Bu gündən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir.
Yeni tariflərə əsasən, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olacaq.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.