Azərbaycan XİN-dən Şri-Lankadakı terrorla bağlı açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada kilsələrdə və hotellərdə çoxsaylı günahsız insanın ölümünə və yaralanmasına səbəb olan terror aktlarını pisləyib.

Buta.media xəbər verir ki, XİN yaydığı açıqlamada terror qurbanlarının ailələrinə və Şri-Lanka xalqına başsağlığı verib

Həmçinin, yaralıların tez bir zamanda sağalması arzu edilib.

Qeyd edək ki, bu gün Asiya ölkəsi Şri-Lankanın müxtəlif şəhərlərində ümumilikdə 8 partlayış törədilib. Onlardan 3-ü kilsədə, 3-ü isə hoteldə baş verib. Partlayışlarda ümumilikdə 185 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Ölənlərdən 35 nəfərin xarici ölkə vətəndaşı olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ