Fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobil idarəetməni itirərək Tərtər çayına aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev polkovnik-leytenant olub. O, bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.
21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq.