ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza dərəcəsini 25 baza bəndi - illik 4,25-4,5%-dən 4,5-4,75%-ə qaldırıb.
Federal Açıq Bazar Komitəsinin iclasının yekunu üzrə qərar yekdilliklə qəbul edilib və analitiklərin böyük əksəriyyətinin gözləntiləri ilə üst-üstə düşüb.
FRS-in press-relizində Ukraynadakı müharibənin “böyük iqtisadi çətinliklərə səbəb olduğunu”bildirilib. FRS inflyasiyanın 2%-lik hədəf səviyyəsinə qaytarılması üçün baza dərəcəsini daha da artırmağı planlaşdırıldığı qeyd olunub.
Bu, 2023-cü ildə ilk faiz artımıdır. FRS əvvəlki il ərzində cəmi 450 baza bəndi olmaqla uçot dərəcəsini yeddi dəfə artırıb.
ABŞ-da inflyasiya dekabrda 6,5%-ə qədər yavaşlyıb. 2022-ci ilin yayında inflyasiya son illərdə rekord səviyyəyə (9,1%) çatmışdı.
Baza dərəcəsi sonuncu dəfə 2007-ci ilin oktyabrında 4,5-4,75% səviyyəsində olub.