Gürcüstan ərazisindən Rusiya qoşunlarının çıxırlmasını tələb edib

Ukraynadakı müharibədən sonra bağlanacaq gələcək sülh müqaviləsində Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına dair bənd yer almalıdır. Bu ашлкш Gürcüstan prezidenti Salome Zurabişvili “Bloomberg” agentliyinə müsahibəsində irəli sürüb.

“Rusiya sərhədlərinin harada olduğunu bilməlidir. Gürcüstanla bağlı məsələlər də nəzərə alınmalıdır və heç kim düşünməsin ki, Rusiya bütün işğal olunmuş ərazilərdən geri çəkilmədən bu müharibə başa çata bilər”, - Zurabişvili bildirib.

Zurabişvilinin fikrincə, əks halda Qərb “2008 və 2014-cü illərdə olduğu kimi daha böyük səhvə yol verəcək”.

Gürcüstan prezidenti həmçinin əmin olduğunu bildirib ki, Rusiya “bütün müharibəni olmasa da, döyüşləri artıq uduzub”.

2008-ci ildə Gürcüstan və Rusiya arasında beş günlük müharibədən sonra Moskva qondarma dövlətlərin müstəqilliyini rəsmən tanıyıb. Dünya ictimaiyyəti bununla razılaşmayıb - o vaxtdan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini yalnız BMT-yə üzv olan dörd dövlət tanıyıb.

Gürcüstan rəsmi olaraq Abxaziya və Cənubi Osetiyanı Rusiya tərəfindən işğal olunmuş ərazilər hesab edir. Rusiya hakimiyyəti bölgələri öz tərkibinə daxil etmək niyyətini açıqlamayıb. De-fakto, onlar tam Moskvanın nəzarəti altındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ