Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib.
AMB xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 %, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 % səviyyəsində müəyyən olunub.
“Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - AMB-nin bəyanatında deyilir.
Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.