Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb. Hadisə Naximov küçəsi 37 ünvanında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Aytən Xalid qızı yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
Qeyd edək ki, faciəli şəkildə ölən gənc qız Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır. Vətən müharibəsinə könüllü qatılan Rəcəb Məmmədov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.