Türkiyə paytaxtında gey-paradların keçirilməsinə icazə verilib.
Buta.media-nın məlumatına görə, bu barədə Lenta.ru saytının Amnesty International təşkilatına istinadən yaydığı məlumatda deyilir.
Bildirilir ki, Kaos GL fəalları 2017-ci ildən Ankarada LGBT mövzusunda ictimai tədbirlərin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edib.
Aprelin 19-da məhkəmə dinc nümayişlərin keçirilməsi haqqının təmin edilməsini dövlətin öhdəliyi kimi əsas gətirərək Kaos GL fəallarının iddiasını təmin edib.