Abramoviç Ukraynaya milyardlar verəcək

Biznesmen və rusiyalı oliqarx Roman Abramoviç 2022-ci ilin mayında “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,3 milyard funt-sterlinq (2,8 milyard dollar) məbləğini Ukraynaya verəcək.

Məlumdur ki, ötən ilin yazında Abramoviç bu pulu Ukraynada zərərçəkmişlərin xeyrinə yaradılmış fonda köçürməyə söz verib.

Ancaq pul köçürmək üçün Avropa İttifaqından icazə almaq lazımdır, çünki rusiyalı oliqarx sanksiyalar siyahısına düşüb.

Mənbələr bildiriblər ki, tarixdə müharibə qurbanlarına verilən ən böyük xeyriyyə ianələrindən biri olacaq bu məbləğ hələ adı açıqlanmayan bir fonda köçürülə bilər.

UNICEF UK-nin keçmiş baş icraçı direktoru Mayk Penrouz hökumət və Abramoviç arasında bağlanmış razılaşmaya əsasən fonda rəhbərlik edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ