Rusiya sülhməramlılarının Qarabağda heç bir rolu yoxdur - Dövlət Departamenti

Moskva və Tehranın Cənubi Qafqazdakı fəallığı təşviş doğurur. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları konstruktiv rol oynamır, İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

Donfridin sözlərinə görə, bu qorxular son bir ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı daha da güclənib.

Donfrid vurğulayıb ki, Rusiya və İranın regional fəallığı Ermənistan-Azərbaycan sülh prosesinə daha da böyük əhəmiyyət verməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ