Bir çox Qərb ölkələri Kiyevə 300-dən çox ağır tankın verilməsinə razıdır. Bunu Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko BFM TV-yə müsahibəsində deyib.
“Bu gün bir çox ölkələr Ukraynaya 321 ədəd ağır tank tədarük etmək barədə razılıqlarını rəsmən təsdiqləyib. Çatdırılma müddətinə gəldikdə, hər bir halda onlar fərqlidir. Bəzilərinin (ölkələrin) texniki xidmətə ehtiyacı var, bəziləri logistika məsələlərini həll edir, digərləri isə başqa modelləri almağı gözləyir”, - səfir bildirib. O qeyd edib ki, Ukraynanın bu yardıma “mümkün qədər tez” ehtiyacı var.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl “Sky News”a müsahibəsində ABŞ-ın vəd etdiyi “Abrams” tanklarının avqustda gəlsə, “çox gec” olacağını bildirib. O, ABŞ və Avropa ölkələrindən tankların çatdırılmasının dəqiq vaxtını bilmədiyinə diqqət çəkib.
Son günlər Ukraynanın bir neçə Qərb müttəfiqi Kiyevi döyüş tankları ilə təmin etməyi planlaşdırdıqlarını bəyan ediblər. Belə planlar barədə Almaniya, Böyük Britaniya və ABŞ rəsmiləri məlumat verib.