Marsın orbitində araşdırma aparan “Mars Reconnaissance Orbiter” Yerə ayı üzünə bənzəyən relyefi əks etdirən fotoşəkil göndərib.
Foto dekabrın 12-də təxminən 250 kilometr yüksəklikdən çəkilib.
Alimlərin izah etdiyi kimi, fotoda V formasında çökmə strukturu (“burun”), iki krater (“göz”) və dairəvi çat (“baş”) olan təpə göstərilir ki, bu da kraterin çökməsi nəticəsində yarana bilər. “Başın” diametri təxminən iki kilometrdir.