Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Bu barədə videonu Baku.ws saytı yayıb.
Məlumata görə, hadisə 18 iyul 2022-ci ildə qeydə alınıb.
Belə ki, İsmayıl Cəfərov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub.
Hadisədən sonra sürücü piyadanı xəstəxanaya aparsa da, həyatını xilas edə bilməyib.
Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçən prosesdə İsmayıl Cəfərova 5 il həbs istənilib.
Qeyd edək ki, İsmayıl Cəfərov hərbçidir və qardaşı Oruc Cəfərov Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.