“Avropa İttifaqının (Aİ) nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun dinc inkişafı ilə bağlı maraqlarına xələl gətirə bilər”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Aİ nümayəndələrinin Ermənistanın sərhədə yaxın rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər.
“Aİ missiyasının mülki xarakterli olması ilə bağlı iddialar da çaşğınlıq yaratmamalıdır - bu missiya, Aİ-nin Ümumi Xarici Siyasət və Təhlükəsizlik Siyasəti çərçivəsində formalaşdırılır”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
XİN-dən əlavə edilib ki, əgər rəsmi Brüssel Cənubi Qafqazda sülhün bərqərar olmasında həqiqətən maraqlı olsaydı, missiyanın fəaliyyət şərtlərini Azərbaycan ilə də razılaşdırardı.
Eyni zamanda qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti Aİ missiyasının müşahidəçilərinin davranışlarına vəziyyətin gedişatını nəzərə alaraq reaksiya verəcək.